Xameneinin baş müşaviri Əli Laricani Suriyada səfərdədir

Dünya

14.11.2024 11:11

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin baş müşaviri, Nəzarət Şurasının üzvü Əli Laricani noyabrın 14-də Suriyaya yola düşüb.

TodayPress xəbər verir ki, məlumatı “Tasnim” yayıb.

Bildirilib ki, Əli Laricani İranın nümayəndə heyətinə başçılıq edir. Onlar Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və yüksək səviyyəli başqa suriyalı dövlət məmurları ilə görüşəcək.

Əli Laricani Suriya hakimiyyəti ilə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək.

tag: İran, Ali Rəhbər,Ayətullah Seyid Əli Xamenei,Suriya, todaypress.az,