Xamenei Pezeşkianı yeni prezident kimi təsdiqlədi
Dünya
28.07.2024 12:04
İranın yeni prezidenti Məsud Pezeşkianın ölkənin ali rəhbəri Əli Xamenei tərəfindən prezidentlik postuna təsdiq edilməsi mərasimi başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.
Məlumata görə, mərasimdə Xameneyi ilə yanaşı, 2500-dən çox hökumət rəsmiləri, hərbçilər, universitet rektorları, o cümlədən xarici ölkələrin səfirləri iştirak edir.
Qeyd edək ki, prezident postuna ali rəhbər tərəfindən təsdiqin icrası İran Konstitusiyasının 110-cu maddəsinin 9-cu bəndinə əsasən, andiçmə mərasimindən öncə keçirilir. Pezeşkianın andiçmə mərasimi iyulun 30-da keçiriləcək.
Günəş Mərd
tag: iran,prezident,seçki,todaypress.az,mərasim,and,