Xamenei: “ Netanyahuya ölüm hökmü verilməlidir”

Dünya

25.11.2024 13:22

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei  İsrailin Baş naziri Benyamin Netanyahu ölüm hökmü verilməsini istəyib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Ona həbs cəzası yox, ölüm hökmü verilməlidir" deyə o, bildirib. 

Qeyd edək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Hökumət rəsmiləri insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə ittiham olunublar.

Günəş Mərd

tag: İran, Xamenei, Ali Rəhbər, Baş Nazir,Benyamin Netanyahu,todaypress.az,