Xamenei İsrail və ABŞ-ni sarsıdıcı cavab ilə hədələdi
“İran Tehrana və Yaxın Şərqdəki İslam müqavimət qüvvələrinə qarşı düşmən addımlarına cavab olaraq İsrail və ABŞ-yə ciddi zərbə vuracaq”.
TodayPress xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
"ABŞ və İsrail tərəfi bilməlidirlər ki, onlar İrana və müqavimət cəbhəsinə qarşı hərəkətlərinə görə mütləq sarsıdıcı cavab alacaqlar" deyə rəhbərin mətbuat xidməti onun nitqindən sitat gətirib.
O, Tehranın müasir dünya nizamına nəzarət edən “cinayətkar qruplaşmanı” devirəcəyi ilə bağlı xəbərdarlıq edib. Respublika rəhbəri qeyd edib ki, hakimiyyət dövlətin müdafiə potensialının gücləndirilməsi üçün hər şeyi edir.
"Təkəbbürlə mübarizə bizim borcumuzdur. Təkəbbür hərtərəfli iqtisadi, hərbi və mədəni hökmranlıq və digər xalqların alçaldılması deməkdir. Onlar uzun illər İran xalqını aşağılayıblar. Ona görə də İran xalqı təkəbbürə qarşı müqavimət göstərib və göstərəcək" deyə Xamenei əlavə edib.
Töhfə Səməd
tag: ABŞ, İsrail, Tehran, İran, Xamenei, todaypress.az,