Xamenei: “Avropa ölkələri ilə düşmənçiliyimiz yoxdur”
Dünya
29.07.2024 12:01
“Bizim bəzi Avropa ölkələri ilə düşmənçiliyimiz yoxdur”.
TodayPress, “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
“İranın xarici siyasət prioritetləri arasında Avropa ölkələrinin adını çəkməməyimiz onlarla düşmənçilik anlamına gəlmir. Bizim Avropa ölkələrinə qarşı çıxmaq kimi bir niyyətimiz yoxdur. Son illərdə Avropa ölkələri bizimlə düzgün davranmayıblar. Əgər bu pis rəftarlarına son qoysalar, onlarla münasibət qurmaq bizim prioritetlərimizə daxil olar. Təbii ki, elə ölkələr də var ki, onların davranışlarını unutmuruq” deyə Xamenei bildirib.
Günəş Mərd
tag: Xamenei, Avropa, İran,Düşmənçilik, todaypress.az,