WSJ: Tramp və Bayden eyni cəbhədən vuruşur
Dünya
28.11.2024 11:41
Qəzza zolağında və Livanda sülhün əldə olunması ABŞ-nin hazırkı prezidenti Cozef Bayden və Amerikanın yeni lideri seçilən Donald Trampın səylərini birləşdirən yeganə səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Nəşr iddia edir ki, Bayden administrasiyası Yaxın Şərqdə uzunmüddətli sülh razılaşması əldə etmək üçün vasitəçilik etməyə çalışarkən, o, xəbəri olmadan Donald Trampı da öz tərəfinə çəkir və bu işə cəlb edir.
Xüsusilə, Tramp komandası Ağ Evin vasitəçiliyi ilə “Hizbullah” və İsrail arasında atəşkəsin əldə olunmasını tənqid etməkdən çəkinib. Bayden administrasiyası da öz növbəsində diqqətini Qəzzada atəşkəsə nail olmağa yönəldib.
Nəşrin fikrincə, bu sahədə əməkdaşlıq həm hazırkı, həm də seçilmiş dövlət başçısı üçün faydalıdır. Xüsusilə, Yaxın Şərqdə sülh Baydenin prezidentlik müddətinin sonunda xarici siyasət qələbəsi olacaq və Tramp vəzifəyə gəldikdən sonra bu məsələni həll etməyə ehtiyac qalmayacaq.
Töhfə Səməd
tag: Bayden, Yaxın Şərq, Ağ Ev, Prezident, todaypress.az,