WSJ: Tramp Ukraynadakı münaqişəni 100 günə həll etməyi tapşırdı

Dünya

22.01.2025 11:47

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. 

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq Trampın seçki kampaniyası zamanı təsəvvür etdiyindən qat-qat çətin olacaq” deyə bildirilib.

Nəşr yazır ki, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə özü nəzarət etmək niyyətindədir. Kelloqun keçmiş həmkarları iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikrindən tamamilə asılıdır. Bu səbəbdən Kelloqun ABŞ və Rusiya arasında heç bir real danışıqlarda iştirakına icazə verilməyəcəyi iddia edilir.


Töhfə Səməd

tag: Donald Tramp,Ukrayna,Rusiya,Müharibə,Dünya,todaypress.az,