WSJ: Gömrük rüsumları ABŞ-yə mənfi təsir etməyə başladı
Dünya
03.02.2025 13:38
ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çinə qarşı elan etdiyi ticarət rüsumları hələ qüvvəyə minməsə də, artıq amerikalıların həyatına mənfi təsir etməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Prezident Tramp etiraf etdi ki, Meksika və Kanadaya qarşı genişmiqyaslı tariflər bəzi çətinliklər yarada bilər, lakin nəticədə yeni bir “qızıl dövr” başlayacaq. Tramp parlaq gələcəyin vədini versə də, reallıq bundan ibarətdir ki, çətinliklər artıq başlayıb və tariflər hələ qüvvəyə minməyib” məqalədə qeyd olunub.
Nəşr qeyd edib ki, Meksika və Kanadaya vurulan bu ağır zərbə göstərir ki, heç bir ölkə və sənaye sahəsi təhlükəsiz deyil. Məqalədə vurğulanır ki, bu addım ABŞ-nin ticarət tərəfdaşlarını bazara asılılıqlarını yenidən dəyərləndirməyə vadar edəcək və bunun nəticələri proqnozlaşdırılması çətin olan dəyişikliklərə səbəb ola bilər.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Kanada,Meksika,Gömrük rüsumları ,todaypress.az,