WP: “Ukrayna hakimiyyəti hesab edir ki, müharibə 2025-ci ildə bitə bilər”

Dünya

23.12.2024 19:15

Ukrayna hakimiyyəti müharibənin 2025-ci ildə bitəcəyinə inanmağa başlayır. 

TodayPress xəbər verir ki, bunu “The Washington Post”a adının açıqlanmasını istəməyən yüksək səviyyəli ukraynalı məmur deyib.

Ukrayna hakimiyyəti Donald Trampın prezident seçilməsindən sonra sülhlə bağlı danışıqların aktivləşməsi fonunda belə düşünməyə başlayıb.

WP-dəki mənbə bildirib ki, sülh nizamlanması ilə bağlı bu ictimai danışıqlar, imza gününün yaxınlaşdığından xəbər verir. 

Nəşr qeyd edib ki, son həftələrdə Ukrayna prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün danışıqlara daha çox hazır olduğunu nümayiş etdirib. 

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Müharibə, Zelenski, todaypress.az,