WP: “Bayden administrasiyası ABŞ-nin arsenallarını tükədə bilər”
Dünya
02.12.2024 19:40
ABŞ prezidenti Cozef Baydenin səlahiyyətlərinin müddəti başa çatana qədər qalan yardımı Ukraynaya tez bir zamanda göndərmək səyləri ABŞ-nin silah ehtiyatlarını tükəndirə və digər qaynar nöqtələrdə vəziyyətə mənfi təsir göstərə bilər.
TodayPress xəbər verir ki, bu barədə Bayden administrasiyasında adı açıqlanmayan rəsmilərə istinadən “The Washington Post” (WP) məlumat yayıb.
Onlar bildirir ki, Bayden administrasiyası son anda Ukraynaya milyardlarla dollar dəyərində əlavə silahlar verməyə çalışır. Mənbə qeyd edib ki, bu təşəbbüs daxili narahatlıqları artırır.
Eyni zamanda, bir sıra nümayəndələr əmindir ki, Vaşinqtonun səylərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin əsas problemi işçi qüvvəsinin çatışmazlığıdır.
Töhfə Səməd
tag: ABŞ ,Cozef Bayden,Ukrayna,Silah,Tədarük,todaypress.az,