"WEF" 2025-ci ilin əsas qlobal riskini açıqladı

Dünya

15.01.2025 16:46

Dünya İqtisadi Forumu (WEF) silahlı münaqişəni 2025-ci ilin ən böyük qlobal riski adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə təşkilatın dərc etdiyi “Qlobal Risklər üzrə Hesabat”da deyilir.

Bildirilib ki, respondentlərin təxminən dörddə biri (23%) 2025-ci il üçün əsas risk kimi silahlı münaqişələri (vətəndaş müharibələri, çevrilişlər, terrorizm və s.) seçib.

"WEF"in məlumatına görə, 2024-cü illə müqayisədə bu göstərici reytinqdə səkkizinci yerdən birinci yerə yüksəlib. İkinci yerdə ekstremal hava hadisələri və təbii fəlakətlər olub, respondentlərin 14%-i bu variantı seçib, üçüncü yerdə isə geoiqtisadi qarşıdurma (8%) qərarlaşıb. 

Siyahıya dezinformasiya, sosial qütbləşmə, iqtisadi tənəzzül və Yer sistemindəki kritik dəyişikliklər də daxildir. Analitiklərin fikrincə, 2035-ci ilə qədər reytinqdə ilk dörd yeri ekoloji risklər tutacaq.

Töhfə Səməd

tag: WEF ,Münaqişə ,Risk ,Qlobal, todaypress.az,