“Waze” şirkətinin həmtəsisçisi Bakıya gəlir
Dünya
05.10.2024 05:00
“Waze” şirkətinin həmtəsisçisi Uri Levine
PAŞA Holding tərəfindən təşkil edilən “INMerge” İnnovasiya Sammit tədbirində
iştirak edəcək.
TodayPress xəbər verir ki, Uri Levine qlobal naviqasiyanı
necə dəyişdirdiyini, eləcə də milyardlarla dəyəri olan şirkətləri necə təsis
etdiyini haqqında təcrübəsini bölüşəcək.
Bundan əlavə, təbdirdə “Youtube" şirkətinin həmtəsisçisi Steve Chen,
“Genai Works” şirkətinin yaradıcısı Steve Nouri, “Nvidia” şirkətinin biznes
inkişafı üzrə rəhbəri Anton Dzhorayev, “Nestle” şirkətinin innovasiya üzrə
rəhbəri Gaelle Bou Abdo, “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes
Hummes, “Amazon” şirtkətinin vitse-prezidenti Werner Vogels, “Avito” şirkətinin
keçmiş baş marketing direktoru Maxim Kan və Harvard Biznes Məktəbinin
professoru Linda Hill kimi spikerlar da iştirak edəcəklər.
Qeyd edək ki, "INMerge” İnnovasiya
Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holding"in
təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.
tag: PAŞA, Youtube,Waze, Steve Chen,todaypress/az,