Vyetnamda hərbi təyyarə qəzaya uğradı, pilotlar itkin düşdü
Vyetnamın mərkəzi Binh Dinh əyalətində hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində Hərbi Hava Qüvvələrinin iki pilotu itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə Vyetnam xəbər agentliyi (VNA) məlumat yayıb. Bildirilib ki, qəza pilotlar çətin hava şəraitində eniş etmək istəyərkən baş verib.
Müdafiə Nazirliyi pilotların təyyarədən paraşütlə tullana bildiyini qeyd edib. Onların axtarışı davam edir.
tag: Vyetnam, Binh Dinh, İtkin, Təyyarə, Müdafiə Nazirliyi, todaypress.az,