Vyetnamda baş verən 2,222 yanğında 57 nəfər həyatını itirdi

Dünya

12.07.2024 07:35

Vyetnamda bu ilin ilk altı ayında ümumilikdə 2222 yanğın baş verib.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, baş verən yanğınlar nəticəsində 57 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

Yerli mətbuatın yaydığı məlumata görə, yanğınlar ölkədə 127,9 milyard Vyetnam donqu (5,03 milyon ABŞ dolları) dəyərində əmlak itkisinə səbəb olub.

Bildirilir ki, 2023-cü illə müqayisədə yanğınların və ölənlərin sayı artıb. Yanğınların əksəriyyəti yaşayış məntəqələrində qeydə alınıb. Belə ki, yaşayış yerlərində ümumilikdə 823 yanğın hadisəsi baş verib.

Ölkə üzrə qeydə alınan 2222 yanğından 1299-u əsasən elektrik sistemində nasazlıq, yaxud yanğın və istilik mənbələrindən ehtiyatsız istifadə nəticəsində baş verib.

Nəzrin Cavadzadə

tag: Vyetnam, Yanğın, Zərər, Hadisə, todaypress.az,