Vyetnam və Rusiya 20-dən çox saziş imzalayacaq

Dünya

10.05.2025 14:47

10

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Rusiyaya səfər edib.

TodayPress xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində Rusiya ilə 20-dən çox saziş imzalanacaq. 

To Lam qeyd edib ki, səfəri zamanı imzalanacaq sazişlər Hanoy ilə Moskva arasında strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək və bu istiqamət Vyetnamın xarici siyasətində prioritet olaraq qalır. 

Türkan İsgəndərli

tag: Vyetnam,Rusiya,Saziş,Əməkdaşlıq,