Vyetnam lideri vəfat etdi

Dünya

19.07.2024 18:05

1276

Vyetnamın uzun müddətdir hakimiyyətdə olan lideri Nquyen Fu Çonq (Nguyen Phu Trong) vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Uzun müddətdir ki, müalicə alan prezident bu gün dünyasını dəyişib. O, yaşlılıq və ağır xəstəlik səbəbindən vəfat edib.

Xatırladaq ki, Nquyen Fu Çonqu Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam müvəqqəti olaraq əvəz edirdi.

Töhfə Səməd

tag: Vyetnam, Lider, Vəfat,Nquyen Fu Çonqu, Xəstəlik, todaypress.az,