Vulkan püskürdü, uçuşlar təxirə salındı
Dünya
04.08.2024 17:45
Avropanın ən hündür
aktiv vulkanı Etna yenidən püskürüb.
TodayPress xəbər verir
ki, bu barədə "La Sicilia" qəzeti məlumat yayıb.
İtaliyanın Siciliya
adasında yerləşən vulkanın oyanması ilə əlaqədar Kataniya Beynəlxalq Hava
Limanında uçuşlar təxirə salınıb.
Mütəxəssislərin sözlərinə
görə, püskürmə zamanı kül sütunu təxminən 4 500 metr yüksəkliyə çatıb.
Xatırladaq ki, Etna vulkanının
hündürlüyü 3357 metrdir.
Töhfə Səməd
tag: Etno,İtaliya, Vulkan, Avropa, todaypress.az,