Vulkan püskürdü: Fövqəladə vəziyyət elan edildi
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.
TodayPress xəbər verir ki, məlumata görə, püskürmə təxminən altı dəqiqə davam edib və beş min metr hündürlüyə kül yayılıb.
Püskürmə ilə əlaqədar Filippində ikinci səviyyəli təhlükə elan edilib. Bu o deməkdir ki, vulkanda əlavə partlayışlar ola bilər.
Vulkanologiya və Seysmologiya İnstitutu xəbərdarlıq edib. (oxu.az)
tag: Vulkan, Fövqəladə, Seysmologiya, Vulkanologiya, todaypress.az,