Vuçiçin təyyarəsi Moskvaya çatdı

Dünya

07.05.2025 18:51

15

Serbiya prezidenti Aleksandr Vuçiç Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlib.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Serbiya liderinin təyyarəsi Bakıya eniş etmişdi. Buna səbəb kimi isə təyyarənin yanacaqla təmin edilməsi göstərilib.

Töhfə Səməd

tag: Serbiya ,Aleksandr Vuçiç ,Qələbə,Moskva,todaypress.az,