Vuçiç: “Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”

Dünya

14.12.2024 14:38

1949

ABŞ-nin Serbiyanın neft sənayesinə qarşı gözlədiyi məhdudlaşdırıcı tədbirlərə görə Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.  

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç  məlumat verib.

“Kimsə bizim Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimizi istəyərmi? Mən bunu istisna etmirəm. Serbiyanın prezidenti və Milli Təhlükəsizlik Şurasının sədri kimi mən indi Moskvaya qarşı potensial sanksiyalar barədə danışmağa hazır deyiləm” deyə o qeyd edib. 

Vuçiç əlavə edib ki, Serbiya üç ilə yaxındır ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib: 

"Bunu etməmək və bu siyasətimi dəyişməmək üçün əlimdən gələni edəcəyəm".

Məlumat üçün qeyd edək ki, bundan öncə Vuçiç bildirmişdi ki,  Serbiyada yerləşən enerji şirkəti “Naftne industrije Srbije” (NIS) Rusiya mülkiyyətində olduğuna görə ABŞ yaxın gələcəkdə ona qarşı sanksiyalar tətbiq edə bilər .

Günəş Mərd

tag: Serbiya ,Vuçiç, Rusiya, Moskva ,todaypress.az,