Vuçiç: "Serbiya Rusiyanın NIS-dəki payını almağa hazırdır"

Dünya

05.01.2025 16:27

"ABŞ-nin sanksiyalar tətbiq edəcəyi təqdirdə Serbiya Rusiyanın Serbiyanın Neft Sənayesi (NIS) şirkətindəki payını almağa hazırdır".

TodayPress "RİA"ya istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.  

Vuçiç qeyd edib ki, Belqrad bundan qaçmağa çalışacaq, lakin “Qazprom Neft” və “Qazprom”un payını almağa hazırdır. 

Onun sözlərinə görə, Amerika sanksiyaları ilə bağlı sənəd yanvarın 10 və ya 13-də gələ bilər. 

Mərkəzi qiymətli kağızlar reyestrinə əsasən, Rusiyanın “Qazprom Neft” NİS-də 50%, Serbiya 29,87%, “Qazprom” isə 6,15% paya malikdir.

Dekabrda Vuçiç bildirmişdi ki, Belqrad  Moskva ilə “Qazprom”un payının 50%-dən aşağı düşməsi üçün onun bir hissəsini almaq imkanını müzakirə edəcək.

Günəş Mərd 

tag: Serbiya,Rusiya,Qazprom,NIS,Todaypress.az,