Vuçiç: Azərbaycandan Serbiyaya qaz nəqli dayanmayacaq
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”.
TodayPress xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "X" sosial platformasında yazıb.
"Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm" deyə o bildirib.
Töhfə Səməd
tag: Azərbaycan,Serbiya,Aleksandar Vuçiç,Qaz,Nəql,todaypress.az,