Vuçiç ABŞ-nin sanksiyalarına görə Putinlə danışacaq
Dünya
04.01.2025 16:47
Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ-nin NIS-ə (Serbiyanın Neft Sənayesi) qarşı tətbiq edəcəyi ehtimal olunan sanksiyalara görə yanvarın 25-27-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
TodayPress yerli mediaya istinadən xəbər verir ki, bu barədə Serbiya rəhbəri hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton NİS şirkətinə qarşı ümumi və ya maliyyə məhdudiyyətləri deyil, hərtərəfli sanksiyalar tətbiq etmək niyyətindədir ki, bu da ölkəni son dərəcə çətin vəziyyətə salır.
“Bu, xaricdən ölkəmizdə sabitliyi pozmaq cəhdləri ilə bağlıdır?! Sübut olmadan heç kimi heç bir şeydə ittiham edə bilmərəm. Amma təbii ki, bu, ölkəmizi çətin vəziyyətə salır” deyə o, əlavə edib.
Günəş Mərd
tag: ABŞ ,Vuçiç ,Sanksiya ,Putin, todaypress.az,