"Volkswagen" işçilərini ixtisar edir
Dünya
23.09.2024 18:40
"Volkswagen" avtomobil şirkəti pula qənaət etmək üçün Çində işçiləri ixtisar edir.
TodayPress xəbər verir ki, bu barədə "Motor.ru" məlumat yayıb.
Bildirilib ki, buna səbəb satışların azalmasıdır.
Şirkət iddia edir ki, Çindəki optimallaşdırma səyləri 2026-cı ilə qədər xərclərin azaldılması hədəfinə nail olmaq üçün əhəmiyyətli dərəcədə töhfə verəcək. İxtisarla yanaşı, dolayı xərclərə də qənaət ediləcək.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında satışlar 2019-cu ilin eyni dövrü ilə müqayisədə dörddə bir azalaraq 7,4 faiz azalıb.
Töhfə Səməd
tag: Volkswagen,Çin,Şirkət,Avtomobil,Optimal,todaypress.az,