Vilnüs yüksək zirehli texnika tədarük etdi

Dünya

22.08.2024 18:48

2980

Litva ABŞ-dən 150-dən çox “JLTV” (Joint Light Tactical Vehicle) çoxməqsədli zirehli maşının ikinci partiyasını alıb. 

TodayPress xəbər verir ki, bu barədə respublikanın dövlət televiziyası və radiosu “LRT” məlumat yayıb.

Litva Müdafiə Nazirliyindən bildirilib ki, Vilnüsə tədarük edilən avtomobillər yüksək ekipaj təhlükəsizliyini, kəşfiyyat əməliyyatlarını, artilleriya və hava dəstəyi əməliyyatlarında daha yüksək effektivliyi təmin edir.    

“JLTV”, tədarük müqaviləsi iyul ayında imzalanan İsveç “RBS70 NG” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə olunacaq. Onlar 2025-2027-ci illərdə Litvaya çatdırılacaq.

Günəş Mərd

tag: Litva, ABŞ, Müdafiə, Texnika, Dünya, todaypress.az,