Viktor Orbanın “ƏN PİS” günü – AP-də nə baş verir?

Dünya

10.06.2024 12:14

Macarıstanın Baş nazir Viktor Orbanın hakim “Fides” partiyası Avropa Parlamenti seçkilərində 44,52% səs toplayaraq ən pis nəticəni göstərib.    

TodayPress xəbər verir ki, bu barədə “Telax” məlumat yayıb. 

Qeyd olunub ki, Orbanın partiyası gözləntiləri doğrultmayıb. “Fides” Avropa Parlamentində 11 mandata iddialı olacaq ki, bu da proqnozlaşdırılandan xeyli azdır. 

Son 20 il ərzində “Fides” yalnız bir dəfə 2004-cü ildə AP-yə seçkilərdə 47,4% səs toplamaqla 50%-dən az səs toplayıb. 

Qeyd edək ki, Avropa Parlamentinə 10-cu seçkilər iyunun 6-dan 9-na qədər keçirilib. İlkin nəticələrə görə, ilk pillədə 720 yerdən 181-ni qazanan Avropa Xalq Partiyası yer alıb. İkinci pillədə 135 mandatla Sosialistlər və Demokratların Proqressiv Alyansı qərarlaşıb. 

Günəş Mərd

tag: Viktor Orban, Fides, Avropa Parlamenti, todaypress.az,