Viktor Orbana hücumun qarşısı alındı
Solçu fəal Macarıstanın baş naziri Viktor Orbanın Avropa Parlamentində çıxışına mane olmağa çalışıb.
TodayPress xəbər verir ki, bu barədə “Magyar Nemzet” (MN) qəzeti yazır.
Nəşrin məlumatına görə, Orbanın çıxışı zamanı Macarıstan Demokratik Koalisiyası partiyasının gənc üzvü Marton Gekicki konfrans otağına soxulub.
Fəal Viktor Orbana Macarıstana və Avropa Birliyinə xəyanət etdiyinə görə Rusiya prezidenti Vladimir Putindən və Çin lideri Si Cin Pindən nə qədər pul aldığını soruşub.
O, şəxs mühafizəçilər tərəfindən saxlanılıb.
Orban çıxışını qısa yarımçıq dayandırıb, fəalın zaldan çıxarılmasından qısa müddət sonra isə çıxışına davam edib.
Günəş Mərd
tag: Çin, Macarıstan, Avropa Birlik,Putin, Rusiya,Orban, todaypress.az,