Viktor Orban Azərbaycana səfər edəcək
Dünya
04.07.2024 18:10
Macarıstanın Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs "X" hesabında yazıb.
O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Baş nazir Orban səfər zamanı türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq.
tag: Viktor Orban, Macarıstan, Türk, Baş Nazir, Zoltan Kovacs, todaypress.az,