Viktor Orban: “Avropa bunu biabırçı şəkildə və təkbaşına etməli olacaq”

Dünya

27.07.2024 14:25

Baş nazir Viktor Orban rəsmi Brüsseli Macarıstanın missiyasını müharibə tərəfdarı adlandırdığına görə tənqid edib və sülh naminə addımlar atdığını bildirib.

TodayPress xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Qeyd olunub ki, Macarıstanın Baş naziri qarşıdan gələn ABŞ seçkilərinə toxunaraq "Tramp qapıdadır" deyib.

"Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməsə, Donald Trampın qələbəsindən sonra bunu biabırçı şəkildə və təkbaşına etməli olacaq. Aİ-nin təsis müqaviləsində açıq şəkildə “İttifaqın məqsədi sülhdür” yazılıb. Macarıstanın sülh missiyası başlayandan bəri dialoqlar da başlayıb. ABŞ və Rusiya xarici işlər nazirləri danışıb, İsveçrə və Rusiya xarici işlər nazirləri görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski nəhayət Donald Trampa zəng edib və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Pekinə səfər edib" deyə V.Orban əlavə edib.

tag: Viktor Orban, Avropa, ABŞ, Macarıstan, Zoltan Kovaç, todaypress.az,