Vens Trampın prezident olmaq şansını açıqladı

Dünya

15.09.2024 10:10

2612

ABŞ-nin Respublikaçılar Partiyasından vitse -prezidentliyə namizədi Ceyms Devid Vens noyabrda keçiriləcək seçkilərdə qalib gəlməyin kifayət qədər çətin olacağını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

 "Şimali Karolinanı götürməsək, ABŞ prezidentliyinə namizəd Donald Trampın qalib gəlməsi çox çətin olacaq" deyə Vens qeyd edib. 

Vens eyni zamanda Trampın Şimali Karolinada qalib gəlmə şansını çox yaxşı kimi qiymətləndirib. 


Günəş Mərd  

tag: ABŞ,Seçki,Tramp,Vens,Todaypress.az,