Vens: "ABŞ 30 günlük atəşkəs ideyasından imtina edir"

Dünya

07.05.2025 18:40

11

ABŞ Ukraynadakı münaqişənin uzunmüddətli həlli kontekstində 30 günlük atəşkəs ideyasından imtina etmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vens məlumat verib.

Vitse-prezidentin sözlərinə görə, Rusiya tərəfi Ukraynada 30 günlük atəşkəsin öz strateji maraqlarına uyğun olmadığını bildirir.

Bu səbəbdən Vaşinqton da bu ideyayadan çəkiməyə çalışır və diqqəti daha uzunmüddətli və davamlı nizamlanma yollarına yönəltmək istəyir.

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Sülh,Atəşkəs,todaypress.az,