Venesuelanın vitse-prezidentinə sui-qəsd təşkil edildi

Dünya

07.01.2025 09:17

"Venesuelada həbs edilən Argentina jandarmı Nahuel Aqustin Qallo ölkənin vitse-prezidenti Delsi Rodrigesə sui-qəsd etməyi planlaşdırır". 

TodayPress xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib.   

O, Qallonun Venesuelaya sevgilisi ilə görüşmək üçün gəldiyi barədə iddiasını yalan adlandırıb.   

Maduro qeyd edib ki, argentinalının vətənində həyat yoldaşı və uşaqları var. 

Maduro eyni zamanda Argentina hökumətinin “Venesuelada sülhə hücum etmək” üçün zorakılıq planlarında iştirakını pisləyib.   

Günəş Mərd

tag: Venesuela,Sui-qəsd,Zorakılıq,Nikolas Maduro,Todaypress.az,