Venesuelada “WhatsApp” qadağan ediləcək

Dünya

06.08.2024 12:20

Venesuela prezidenti Nikolas Maduro “WhatsApp”-dan istifadə etməkdən imtina edəcəyinə söz verib.

Todaypress xəbər verir ki, bu barədə “VTV” məlumat yayıb. 

Maduro, prezident sarayının yaxınlığında gənc tərəfdarları ilə görüşündə gəncləri ondan nümunə götürməyə çağırıb.

“Sizdən neçə nəfər cinayətkarlar tərəfindən hədələnmisiniz? Mən bu gün “WhatsApp” ilə əlaqələri açıq şəkildə kəsəcəyəm, çünki ondan Venesuelanı təhdid etmək üçün istifadə olunur. Onu telefonumdan həmişəlik siləcəyəm. Yavaş-yavaş kontaktlarımı “Telegram” və “WeChat”a keçirəcəyəm. Bunu etmək lazımdır” deyə Venesuela lideri bildirib.

Dövlət başçısının sözlərinə görə, “WhatsApp”da gənclərə, populyar liderlərə qarşı təhdidlər yayılır. O, təhdidlərin messencer vasitəsilə bütün Venesuela ictimaiyyətinə yayıldığını vurğulayıb.

Qeyd edək ki, Venesuelada Nikolas Maduronun prezident seçkilərində qələbə qazanmasından sonra kütləvi etirazlar geniş vüsət alıb.

Töhfə Səməd

tag: Watsapp,Telegram, Venesuela, Nikolas Maduro, Prezident,todaypress.az,