Venesuelada rəngli inqilab olacaq
Dünya
30.07.2024 10:20
“Venesuelada 28 iyul seçkilərinin nəticələrinə görə baş verən etirazlar bir çox cəhətdən rəngli inqilablara bənzəyir”.
TodayPress xəbər verir ki, bu sözləri dövlət başçısı Nikolas Maduro “X” sosial şəbəkəsində paylaşım edərək deyib.
“Bütün dünyada qrinqoların (Latın Amerikasında amerikalılar üçün alçaldıcı ləqəb) təbliğ etdiyi rəngli inqilabların tipik təzahürü” deyə dövlət başçısı əlavə edib.
Maduro həmçinin vurğulayıb ki, etirazçıların təxminən 80 faizi əvvəllər ya məhkum olub, ya da adları qeyri-qanuni işlərdə hallanıb. O, əlavə edib ki, vandalizmlə məşğul olanların çoxu artıq saxlanılıb.
Xatırladaq ki, ötən gün Venesuela Milli Seçki Şurası prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini açıqlayıb. Maduro 2025-ci il yanvarın 10-da prezident kimi and içəcək.
Töhfə Səməd
tag: Venesuela, Maduro, Amerika, İnqilab,Seçki, todaypress.az,