Venesuelada etirazlar zamanı təxminən 750 nəfər saxlanıldı
Dünya
30.07.2024 21:49
Venesuelanın hüquq-mühafizə
orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar
edən 750-yə yaxın nümayişçini saxlayıb.
TodayPress xəbər verir
ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
“Bu günə kimi 749 nəfər
saxlanılıb, onların işi Baş Prokurorluğa veriləcək” deyə o qeyd edib.
Onun sözlərinə görə,
saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın
dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması da var.
Saab həmçinin iğtişaşlar
zamanı bir hərbçinin öldüyünü təsdiqləyib.
Bundan əvvəl Cənubi Amerika
ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopez asayişin qorunmasında iştirak
edən silahlı qüvvələrin 20-dən çox əməkdaşının yaralandığını bildirmişdi.
tag: Venesuela, Etiraz aksiyası, Tarek Uilyam Saab, Baş Prokuror, todaypress.az,