Venesuelada etiraz aksiyasında saxlanılanların sayı artdı
Dünya
04.08.2024 15:30
Venesuelada prezident seçkisindən sonra ixtişaşların
şiddəti güclənib.
TodayPress xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Hazırda etiraz aksiyalarında iştirak etdikləri üçün
saxlanılanların sayı iki min nəfərə çatıb.
Seçkidə qalib gələrək üçüncü dəfə Venesuela Prezidenti
olan Nikolas Maduro saxlanılanlara maksimum cəza veriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, aksiyalarda iştirak etdiklərinə
görə saxlanılan şəxslər ciddi rejimli həbsxanalara göndəriləcəklər.
Töhfə Səməd
tag: Venesuela, Etiraz Aksiyası, Maduro, İnqilab,Seçki, todaypress.az,