Venesuela BRİKS-ə üzv olmaq istəyir

Dünya

08.05.2025 11:50

10

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto bildirib ki, ölkəsi BRİKS-ə üzv olmaq niyyətindədir.

TodayPress xəbər verir ki, o, bu barədə "TASS" agentliyinə müsahibə verib.

Nazir qeyd edib ki, Venesuela BRİKS-in tam üzvü olmaq üçün çalışır və artıq bu təşkilatın bir hissəsi olduğunu hiss edir.

Lakin 2024-cü ilin oktyabrında Braziliya Venesueladakı seçkiləri demokratik hesab etmədiyi üçün ölkənin BRİKS tərəfdaşı olmasına qarşı çıxıb.

Qeyd edək ki, hazırda BRİKS-ə 9 ölkə daxildir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya.

Türkan İsgəndərli

tag: Venesuela ,Nikolas Maduro Moros,BRİKS,Rusiya,todaypress.az,