Vəhşilik! Zibillikdən 9 nəfərin meyiti tapıldı
Dünya
12.07.2024 17:30
Keniyanın paytaxtı Nayrobidə zibillikdən 9 nəfərin cəsədi çıxarılıb.
TodayPress yerli mətbuata istinadən xəbər verir ki, bölgədə təhlükəsizlik tədbirləri görən polis müxtəlif vaxtlarda öldüyü müəyyən edilən 9 nəfərin cəsədini tapıb.
İlkin araşdırmalara görə, onlardan 8-i qadındır. Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Cəsədlərin sayının arta biləcəyini istisna etmir.
Günəş Mərd
tag: Keniya, Naybori, Polis, Araşdırma,Cəsəd, Mühafizə, todaypress.az,