Vəbadan ölənlərin sayı 242-yə çatdı

Dünya

12.09.2024 18:05

Sudanda vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayı 242-yə çatıb.

TodayPress xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.  

Nazirlikdən verilən açıqlamada, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə, epidemiyadan ölənlərin sayının isə 242-yə çatdığı bildirilib.

Qeyd edək ki, ölkədə vəba xəstəliyinin yayılmasına səbəb yağış və daşqınlar göstərilir. 

Günəş Mərd

tag: Sudan, Epidemiya, Vəba, Xəstəlik ,Yağış, Daşqınlar ,todaypress.az,