Vəba epidemiyası yenidən baş qaldırdı

Dünya

15.12.2024 09:15

Qanada vəba epidemiyasından 14 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Ölkənin Səhiyyə Xidmətlərinin qərb əyaləti üzrə regional direktoru Yav Ofori Yeboa bildirib ki, bölgələrdə 800-dən çox insan vəbaya yoluxub

Epidemiya ilə mübarizə çərçivəsində pulsuz müalicəyə başlanılıb. 

"Şəxsi gigiyena çox vacibdir, əllərimizi və yediyimiz yeməkləri yumalıyıq. Əgər bunları etməsək, daha çox insan itirəcəyik” deyə Yeboa vətəndaşları xəstəliyə qarşı mübarizə çərçivəsində əsas ehtiyat tədbirləri görməyə çağırıb.

Qida və su ilə ötürülən bakteriyaların yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə edilmədikdə ölümcül ola bilər.

tag: Vəba,Ölüm,Xəstəlik,Səhiyyə,Qana,todaypress.az,