Vatikanda Papa ilə vida mərasimi başladı

Dünya

22.04.2025 11:50

34

Aprelin 21-də vəfat edən Papa Fransisklə vida mərasimi onun Vatikandakı iqamətgahı olan Müqəddəs Marta Evinin kapellasında başlayıb.   

TodayPress xəbər verir ki, mərasimdən fotoları rəsmi Vatikan mediası dərc edib.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib ki, indiyə qədər Kuriya üzvləri, Vatikan işçiləri, onun köməkçiləri və xidmət personalı Fransisklə vidalaşmağa gəliblər.   

Cəsədin olduğu tabut üç gün davam edəcək ictimai anım mərasimi üçün Müqəddəs Pyotr Bazilikasına qoyulmalıdır.

Dəfn mərasiminin son tarixi yığıncaq üçün toplaşan kardinallar tərəfindən təsdiqlənməlidir.

Dəfn mərasiminin aprelin 26-da keçiriləcəyi gözlənilir.

Vatikan qanunlarına görə, pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir.

Artıq bir sıra liderlər, o cümlədən ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron da dəfn mərasimində iştirak etmək niyyətlərini açıqlayıblar. 

Qeyd edək ki, Fransisk öz vəsiyyətnaməsinə əsasən Santa Maria Maggiore Bazilikasında dəfn ediləcək. 

Töhfə Səməd

tag: Papa,Fransisk,Roma,Katolik,Ölüm,Dəfn,Mərasim,Todaypress.az,