Vatikanda 9 günlük matəm elan edildi
Vatikan Papası Fransiskin dəfn olunduğu 26 aprel tarixindən etibarən 4 mayadək davam edəcək doqquzgünlük matəm elan olunub.
TodayPress xəbər verir ki, bu müddət ərzində Müqəddəs Pyotr bazilikasında hər gün dua mərasimləri keçiriləcək.
Matəm dövrünün tarixləri katolik kardinalarının toplantısında müəyyənləşdirilib.
Onlar hazırda Fransiskin vəfatından sonra atılacaq növbəti addımları müzakirə edirlər.
Yeni Papa seçiləcək konklavın dəqiq tarixi hələ açıqlanmasa da, proses pontifikin ölümündən 15-20 gün sonra baş tutmalıdır.
Qeyd edək ki, Papa Fransiskin cənazəsi aprelin 23-də Müqəddəs Pyotr kilsəsinə qoyulub və onunla vida mərasimi üç gün davam edəcək.
Qiymət Mahir
tag: Vatikan,Matəm,Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,