Vaşinqtonda verilən hər senti soruşurlar - Rusiya XİN
Dünya
12.07.2024 21:57
Vaşinqtonda həmişə verilən hər
senti soruşurlar, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta
Pauerin İrəvana bu yaxınlardakı səfəri Ermənistanın vəd edilən maliyyəni
alacağına zəmanət vermir.
TodayPress xəbər
verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova brifinqdə deyib.
“Bu günlərdə USAID rəhbəri Samanta Pauer Ermənistana səfər edib. O, yenidən kömək elan edib. Amerikalılar çoxlarına belə kömək vəd ediblər. Xüsusilə, Serbiyaya. Lakin bu ölkə heç nə almadı. Ola bilsin ki, Ermənistanın indiki hakimiyyət orqanlarına deyil, amma yenə də nəsə ödəməli olacaqlar. Vaşinqtonda həmişə qoyulan hər bir senti soruşurlar. İndi vəd edilmiş hər senti, verilməsə də, daha çox soruşmağı öyrəniblər”, - o bildirib.
tag: Vaşinqton, Rusiya, XİN, USAİD, todaypress.az,