Vaşinqtonda qəzaya uğrayan təyyarə parçalara bölündü

Dünya

30.01.2025 15:00

Vaşinqton ərazisində helikopterlə toqquşan və qəzaya uğrayan "American Airlines" şirkətinə məxsus təyyarə bir neçə parçaya bölünüb. 

TodayPress xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Təyyarənin qalıqları Potomak çayının 1,5-2,5 metr dərinliklərində tapılıb. 

Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus “Blackhawk” helikopteri ilə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hadisədən sonra Potomak çayından azı 19 meyit çıxarılıb.

Nicat Osman

tag: American Airlines,Black Hawk,Vaşinqton,Qəza,todaypress.az,