Vaşinqtonda 50 min adam yürüş edəcək

Dünya

08.11.2024 13:40

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində ölkədə keçirilən seçkilərin nəticələrindən narazılığını bildirmək üçün 50 min insanın Vaşinqtona yürüş edəcəyi gözlənilir. 

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” (WP) yazıb.

On minlərlə “yürüş” iştirakçısı Trampın siyasi prioritetləri ilə bağlı bu şəkildə etiraz aksiyası keçirməyi planlaşdırır. 

Gələcək etirazçılar hesab edirlər ki, respublikaçı qadınların, mühacirlərin, LGBT icmasının nümayəndələrinin, eləcə də irqi və dini azlıqların hüquqlarını pozacaq.

Nümayiş yanvarın 18-də, yeni prezidentin andiçmə mərasiminə iki gün qalmış planlaşdırılıb. 

Qəzet yazır ki, etirazları vətəndaş hüquqları, irqi ədalət və reproduktiv sağlamlıq təşkilatları təşkil edir.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilib. İlkin məlumatlara görə, Respublikaçı Donald Tramp 2020-ci ildəki məğlubiyyətindən sonra qalib gəlib.

tag: Tramp, Vaşinqton, Respublika, ABŞ, todaypress.az,