Vaşinqton Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərəcək
Dünya
23.09.2024 23:12
Vaşinqton bölgədə vəziyyətin pisləşməsi ilə əlaqədar Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə
“RİA Novosti” Pentaqona istinadən məlumat yayıb.
"Yaxın Şərqdə artan gərginlik fonunda, ehtiyat tədbirləri
əsasında, bölgədə artıq mövcud olan qüvvələrə dəstək vermək üçün az sayda əlavə
hərbi heyyət göndəririk" departament sözçüsü vurğulayıb.
O, təhlükəsizlik maraqlarını əsas gətirərək təfərrüatları
verməkdən imtina edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova ABŞ-nın Yaxın Şərq siyasətinin növbəti dəfə iflasa uğradığını
bildirib.
Rusiya diplomatik xidmətinin rəhbəri Sergey Lavrov bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə istənilən proseslərdə inhisar saxlamaq istəyir və bu, uğursuz yanaşmadır.
Aynur TAC
tag: Rusiya, XİN, ABŞ, Vaşinqton, Mariya Zaxarova,todaypress.az,