Vaşinqton sammitinin yekun bəyannaməsi dərc olundu
Dünya
11.07.2024 10:50
NATO-nun kritik Vaşinqton sammitinin yekun bəyannaməsi dərc olunub.
TodayPress xəbər verir ki, Alyansın 2025-ci ildəki sammiti Niderlandda, Liderlər Zirvəsinin 2026-cı il görüşü isə Türkiyədə keçiriləcək.
Sammitin yekun bəyannaməsində Ukraynaya ən azı 40 milyard dollar maliyyə yardımının ayrılması qərara alınıb. Bundan başqa NATO üzvləri Çini Rusiyanın Ukrayna ilə müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırıb.
Sammitdə eyni zamanda nüvə silahının qarşısının alınması və kiber təhlükəsizlik kimi məsələlərdə kollektiv müdafiənin artırılması istiqamətində səylərin davam etdirilməsi qərara alınıb.
Xatırladaq ki, Türkiyədə NATO-nun sonuncu sammiti 2004-cü ildə keçirilib.
Günəş Mərd
tag: Vaşinqton, Sammit, NATO, Ukrayna, Türkiyə, Çin, todaypress.az,