Vaşinqton ən arzuolunmayan şəhərlər siyahısındadır

Dünya

19.08.2024 10:05

Vaşinqton ikinci ildir ki, ABŞ-də yaşamaq üçün arzuolunmaz şəhərlər siyahısına başçılıq edir. 

TodayPress xəbər verir ki, bu barədə Amerikanın “Clever” şirkətinin apardığı araşdırmalarda göstərilib. 

Seçkiqabağı vətəndaşların Vaşinqtona olan sevgisi daha da azalıb. Respondentlərin 33%-i onu ölkənin ən pis şəhərlərindən biri hesab edir ki, bu rəqəm 2023-cü ildə 20% olub.

Vaşinqtonun ardınca Nyu-York, San Fransisko, Çikaqo, Los-Anceles və digər şəhərlər gəlir.

Vətəndaşlar bu şəhərlərin həddindən artıq baha olduğunu və yaşamaq üçün əlçatan olmadığını bildirir. 

Töhfə Səməd

tag: ABŞ, Vaşinqton, San Fransisko, Çikaqo, Los-Anceles, todaypress.az,