Vaşinqton, Brüssel və ya Kiyev: Ukraynalılar daha çox hansı hökumətə güvənir?

Dünya

16.07.2024 14:18

Brüssel və Vaşinqtondakı hökumət qurumları ukraynalılar arasında Kiyev hökumətindən daha çox inam yaradır.  

TodayPress  xəbər verir ki, bu barədə Ukrayna Demokratik Təşəbbüslər Fondunun sorğusunun məlumatlarında qeyd olunub. 

Belə ki, Avropa İttifaqı ukraynalılar arasında ən yüksək etimad səviyyəsinə malikdir. Respondentlərin 59,7%-i ona etibar etməyi, 20,2%-i isə bunun əksini düşünür. 

ABŞ hakimiyyət orqanlarının etimad balansı daha aşağıdır. 37,0% ona daha çox güvənmək, 32,4% ona güvənməməyin tərəfdarıdır. 

Eyni zamanda, Ukrayna hakimiyyəti xarici qurumlarla müqayisədə daha az etimad doğurur. 30,9% onlara daha çox güvənir, 49,3% onlara etimad göstərmir.

Günəş Mərd

tag: Brüssel, Vaşinqton, Kiyev, Avropa İttifaqı,Dünya xəbərləri, todaypress.az,