Vanuatuda 6,2 bal gücündə zəlzələ oldu
Dünya
21.12.2024 23:44
Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub.
TodayPress xəbər verir ki, bu
barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər
əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti
Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə
nəticəsində Yeni Zelandiya, ABŞ, Fransa və bir sıra digər ölkələrin
səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib. Sinxua agentliyinin məlumatına
görə, təbii fəlakət nəticəsində iki Çin vətəndaşı həlak olub.
tag: Zəlzələ, Vanuatu, Avropa,Ekologiya, Port Villa, todaypress.az,